Dünyaİran

Britaniyada iki iranlı insan alveri ittihamı ilə Belçika və Fransaya ekstradisiya edilir

İnsan alverində şübhəli bilinən iki İran əsilli Britaniya vətəndaşı Belçika və Fransaya ekstradisiya olunacaq ki, onların işlərinə bu iki ölkədə baxılsın.

Böyük Britaniyanın Milli Cinayət İdarəsi bəyan edib ki, İran əsilli britaniyalı Keyvan iyulun 13-də Türkiyəyə uçuşundan əvvəl Mançester hava limanında həbs edilib. 37 yaşlı kişi Fransa məhkəmə orqanları tərəfindən miqrantları kiçik qayıqlarla La-Manş boğazından qanunsuz olaraq Böyük Britaniyaya keçirən mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda ittiham olunur.

Şərqi London sakini Hiva Rəhim Purairani də kiçik qayıqlardan istifadə edərək insan alverinin təşkili şəbəkəsinin əsas üzvü olmaqda günahlandırılır. 29 yaşlı Rəhimpur Belçika hökuməti tərəfindən axtarışa verilib və onu Böyük Britaniyadan ekstradisiya gözləyir. Ötən gün o da Vestminster Məhkəməsinə gətirilib.(https://t.me/AzadIranTelegram/8645)

Related Articles

Bir cavab yazın

Back to top button