İran

İrandan davamlı olaraq uzaqlaşan qonşular: hansı bölgəsəl siyasətdən söhbət gedir?

İranın “farazdaily” saytı yazır:

“İranın qonşu ölkələrlə diplomatik münasibətlərinin vəziyyəti 13-cü hökumətin və onun siyasi tərəfdarlarının göstərdiyi görüntüdən tamam fərqli bir mənzərədir. Hakimiyyət uzun maüddətdir ki, İranın dünyanın mühüm bir hissəsi ilə əlaqələrini kəsməsi ilə bağlı səslənən tənqidlərə qarşı qonşularla münasibətlərə üstünlük verməkdən və təbii ki, regional təsirdən danışırlar. Bu yanaşma, təbii ki, Şərqə baxış adlı daha böyük strategiyanın bir hissəsidir. Lakin bölgədəki hadisələrin real mənzərəsi İranın qonşuları ilə əlaqələri ilə müqayisədə tamamilə fərqli bir vəziyyətin olduğunu göstərir.

İraqla münasibətlər pisləşir

Xüsusilə son 10 ildə İraq İrana qonşu ölkələr arasında daha mühüm mövqeyə malik olub. Həmin dövrdə İraq rəsmi Tehran üçün regional təsir rəmzi sayılırdı. İndi isə neçə vaxtdır ki, iki ölkə arasında münasibətlər günü-gündən pisləşir və təbii ki, iki tərəf arasında iqtisadi rəqabət daha da ciddiləşir.

Son günlər İraqın xarici işlər naziri Fuad Hüseyn Misirin “Əl-Ğəd” telekanalına verdiyi müsahibədə deyib: “Biz iranlılara bildirdik ki, ölkəmizin daxili işlərinə qarışmaq yolverilməzdir”.

O, əlavə edib: “İraqın İranla münasibətləri “sükut mərhələsi”ndəb, “açıq və konkretlik mərhələsinə” keçib. Tehran Bağdaddan əvvəllər olmayan yeni sözlər eşidir. İranlılara dedik ki, bizim birgə əməkdaşlığa ehtiyacımız var, lakin İranın müdaxiləsinə ehtiyacımız yoxdur”.

Son günlər sual olunur ki, bu, İranın sərhədyanı təsir və gücünün simvolu sayılan həmin İraqdırmı?

Region ölkələri bizimlə nə edir?

Bizim problemimiz ondadır ki, İraqla İran arasında münasibətlərin pisləşməsi təkcə İraqa xas deyil. Daha dəqiq desək, biz demək olar ki, bütün qonşularımız arasında problemlər və ya ən azı ciddi rəqabət içindəyik. İranın şimal-qərbində Türkiyə bizimlə sərhədlərdə divar çəkir və Suriyada da onunla ciddi qarşıdurma yaşayırıq. Üstəlik, bir çox iqtisadi sahədə Türkiyə İranın amansız rəqibidir”.

Yazının Azərbaycanla bağlı hissəsində həmişəki kimi əsassız və qərəzli fikirlər yer alır: “İranın şimal hissəsində Azərbaycan praktiki olaraq İsrail qüvvələrinin poliqonuna çevrilib və Bakının Zəngəzur dəhlizini tikməkdə israrlı olması İranın həmin bölgədəki geosiyasi əhəmiyyətinin böyük bir hissəsini azaldacaq. Bunlardan başqa, sözügedən iki ölkənin İranda etnik məsələləri qızışdırmaqda davamlı səyləri son illərdə göz yumula biləcək bir məsələ deyil”.(Kanal telegramı IranAzad)

Related Articles

Bir cavab yazın

Back to top button