Azərbaycan

Bu gün “Əkinçi” qəzetinin banisi Həsənbəy Zərdabi anadan olub

1842- Bu gün görkəmli Azərbaycan maarifçisi, alim, ədəbiyyatçı jurnalist və müəllim “Əkinçi” qəzetinin banisi Həsənbəy Zərdabi keçmiş Göyçay mahalının Zərdab kəndində anadan olub. O, XIX-XX yüzilliklərdə Azərbaycan aydınları millətin oyanışı, milli dirçəlişi ilə bağlı bir çox işlər görüblər. Bağımsız bir dövlətin, öz ana dilində təhsilin, hər kəsin bilikli, elmli olmasının, ulusun tərəqqi etməsinin tərəfdarı olub və bunun üçün çalışıb, Hər kəsi milli oyanışa səsləyib. Həsənbəy Zərdabi, dəyərli aydınlarımız İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundovla yanaşı bu sahədə Azərbaycanın önəmli şəxsiyətlərindən dir. O, ibtidai təhsilini mollaxanda aldıqdan sonra təhsilini Şamaxı məktəbində davam elətdirib. Təhsil alanında bir çox uğurlar qazanan Zərdabinin Moskov Danişqahında oxuması onun yetişməsində böyük önəm daşıyıb. Təhsil və iş alanında yetərli irəlilədikdən sonra Həsən bəy, işlədiyi zaman da millətin oyanışına çox çalışıb. Özəlliklə, müəllim kimi işlədiyi zamanlarda gənclərin yetişməsi, biliklənməsi, tərbiyələnməsi, düzgün yönləndirilməsi üçün əlindən gələni əsirgəməyib. Həsən bəy millətini daim səsləyib, səsləyib ki, elmsizlikdən qurtulsun. Həmişə deyib, “Maarifdən, elmdən məhrum olan millət işıqdan məhrumdur”. Etdiyi bütün mədəni-siyasi işləri də buna görə olub. O, ilk sırada Azərbaycanda tetarın və mətbuatın yaradıcısı olub. Teatrımızın əsası 1873-cü il marsın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani yaxın iştirakı ilə dəyərli dramatur M.F. Axundovun “Lənkəran xanın vəziri“ komedisinin tamaşaya qoyulması ilə başlanıb. Həsən bəy uzun əziyyətlərdən sonra millətin maariflənməsində daha bir addım atdı. 1875-ci il juiyənin 22-də Əkinçi qəzetinin nəşri ilə mətbuatın binövrəsini qoydu. Əkinçi, 1875-ci il 22 juiyədən- 1877-ci il 29 septamra kimi çap olundu. Bu illərdə qəzetin 56 nömrəsi işıq üzü görörüb. Bu qəzeti yaymaqla o qəzet vasitəsilə, sadə dillə milləti oyanışa, azadlığa səsləyirdir. Millətin anladığı sadə dillə millətə yanaşmaq, tez zamanda qəzet yazıçılarını çox adamın toplaşması, aydınların bir araya yığışıb el üçün çalışması o çağda önəmli, millətin əsarətində olduğu imperiya və məmurlar üçün narahatedici bir durum idi. Demokratik ruhlu yazılardan sonra tezarın qəzetə təsirləri baş verdi və 1877-ci ildə Əkinçi öz nəşrini dayandırmalı oldu. İki il nəşr olunmasına baxmayaraq bu qəzet millətin aydınlaşmasında böyük rol oynadı. Elmi, biliyi, gördüyü işləri, qoyduğu izləri ilə tanınan Həsən Bəy Zərdabi 1907-ci il novambrın 28-də dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button