İran

İranda maldarlar ucuz qiymətə etiraz olaraq südü xiyavana tökdülər

Ölkənin müxtəlif şəhərlərində bir sıra maldarlar südün qiymətinin ucuz və heyvan yemlərinin baha olmasına etiraz olaraq təzahurat keçiriblər.
AN.T xəbər verir ki,etirazçılar Semnan, Həmədan, Fars, Yəzd, Xorasan-e Rəzəvi, Kerman və İsfahan əyalətlərində xiyavanlara axışıb və bəziləri də südü yerə tökərək etirazını bildiriblər.
Bu arada, bəzi maldarlar dövlətin süd yerinə sərin içkilərin özəlliklə nuşabə tolidinə dəstək verməsinə etiraz edərək plakatlarında: “Kaş ki, inəklərimiz süd yerinə nuşabə verəydilər” yazıblar.
Habelə, “Vərşikəst maldarın artıq heyi qalmayıb” kimi şüarlar da səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button