Azərbaycan

Bu gün Əli Tudənin anadan olmasından 97 il ötür

Bu gün Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi, əməkdar incəsənət xadimi, “21 azər” hərəkatının görkəmli simalarından biri Əli Tudənin anadan olmasından 97 il ötür.
Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim xanım quzey Azərbaycana köçüb. Cavadzadə Əli Qulu oğlu 1924-cü ildə janviyənin 31-də Bakı şəhərində anadan olub. O, ilk təhsilini 150 saylı orta mədrəsədə alıb. Bu dövrdə Bakı Pionerlər Sarayının yanında Osman Sarıvəllinin başçılıq etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. 1937-ci ildə onun ilk şeirləri Heydər Rizazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində dərc edilib.
Əli Tudə 1938-ci il sürgünlük dövründə 7-ci sinifdə oxuyarkən İrana sürgün edilir. Nəticədə təhsili yarımçıq qalsa da, ədəbiyyata olan həvəsi onu yazıb-yaratmağa təşviq edir.
Əli Tudə 1940-cı illərdə Güney Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulur və milli ruhlu şeirləri ilə xalqı istiqlala səsləyir. O, 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirlərini çap etdirir. 1944–1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri ardıcıl olaraq dərc olunur. Əli Tudə 1944-cü ildə “Hizbitudeyi İran” partiyasının üzvü olur. 1945-ci il septambrın 3-də isə Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. Görkəmli şəxsiyyət “Ana dili” kitabının tərtibi və çap olunmasında özəl rol oynayır. Bundan sonra İran tarixində ilk dəfə olaraq Təbriz şəhərində Milli filarmoniyanın əsasını qoyur. O, filarmoniyanın ilk müdiri təyin edilir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələmindən inqilabın uğurlarının qorunub saxlanılmasında da məharətlə istifadə edir. 22 yaşında olarkən isə milli hökumət tərəfindən “21 Azər” medalıyla təltif edilir.
Qeyd edək ki, şairin əsərləri özbək, qırğız, hind, ukrayn, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb.
1996-cı il fevriyyənin 26-da Bakıda vəfat edib. Allah rəhmət eləsin!

Related Articles

Bir cavab yazın

Back to top button