Azərbaycan

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra Sovet imperiyasının dağılması ilə Azərbaycan milləti öz milli müstəqilliyini yenidən qurmaq imkanı qazandı.

1991-ci il oktyabrın 18-də Azərbaycan cümhuriyyəti Ali Sovetinin toplantısında “Azərbaycanın dövlət müstəqilliyi haqqında anayasa Aktı” qəbul olundu. Bu tarixi sənədlə millətimiz uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında anayasa Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Azərbaycan cümhuriyyətində 1991-ci il desambrın 29-da bütün millət səs verdi.

Referendum səs vərəqəsində bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi anayasa Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların yüzdə 95-indən çoxu referendumda iştirak etdi. Azərbaycan bir səs olaraq cümhuriyyətin dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyi elan etmiş Azərbaycan cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan cümhuriyyəti ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumani (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), Suis (23 dekabr 1991), İran (25 dekabr 1991), Amerika (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun uluslararsı aləmdə tanınmasına başlandı.

Azərbaycan parlimanının 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button