Cəmiyyət

Bu gün Fələki Şirvaninin anadan olmasından 913 il ötür

Bu gün XII yüzillik Azərbaycan şairi və alimi Fələki Şirvaninin anadan olmasından 913 il ötür. Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olub. Görkəmli şəxsiyyət dövrünün nüfuzlu münəccimlərindən, məşhur uzmanlarından hesab edilib. Bir sıra mənbələrdə şairin adı Məhəmməd kimi qeyd olunub. O, gənclik illərində nücum elmini öyrənməyə başlayıb. Fəza elmlərinə dərindən bələd olan şair ixtisasına uyğun olaraq “Fələki” təxəllüsünü seçib. Ədib bir müddət Şirvanşahlar sarayında yaşayıb və fəaliyyət göstərib. Şirvanşah Mənuçöhr ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq, Fələki Şirvani zindana salınıb. Bu illərdə o, özünün məşhur “Həbsiyyə” qəsidəsini qələmə alıb.
Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki Şirvani gənc yaşında, 1146-cı ildə vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button