Azərbaycan

Bu gün Rəsul Rzanın anadan olmasından 111 il ötür

Bu gün görkəmli Azərbaycan şairi, maarifpərvər ziyalı Rəsul Rzanın anadan olmasından 111 il ötür.
Rəsul İbrahim oğlu Rzayev 1910-cu il meyin 19-da Göyçayda dünyaya göz açıb. Mənşə etibarilə tanınmış Məmmədxanovlar nəslindən olan atası İbrahim bəy kənddə mirzəliklə məşğul olub. Anası Məryəm xanım poetik istedada malik idi. Rəsul Rza atasını erkən yaşlarında itirdikdən sonra, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatıb. Görkəmli şəxsiyyət Səməd Vurğun və Mikayıl Müşfiqlə birlikdə Azərbaycan Cümhurisində yeni şeir üslubunun banilərindən hesab edilir. Rəsul Rza 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında “Bu gün” adlı ilk şeirini dərc etdirib. Onun əsərlərinin əsas mövzusunu faşizm və müstəmləkəçilik siyasəti təşkil edib. Ədib II Dünya savaşından sonra quzarişçi kimi fəaliyyət göstərib. Savaşdan sonra isə onun yaradıcılığında fəlsəfi müahizələr geniş şəkildə öz əksini tapıb.
Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub, 1937-ci ildə isə ailə həyatı qurub.
Şair 1981-ci il avrilin 1-də Bakıda vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button