İran

Bu gün Səməd Sərdari̇ni̇yanın anım günüdür 

Bu gün Bulud Qaraçorludan başqa, Azərbaycanın daha biri ziyalısı, yazıçı və tərcüməçi doktor Səməd Sərdariniyanın da anım günüdür. Azərbaycanlı yazıçı 21 ordi:behişt 1326-cı ildə Təbrizin Əmrəqız məhəlləsində anadan olub. İbtidai və orta təhsilini başa vurduqdan sonra 1346-cı ildə Təbriz Biliyurdunun tarix bölümünün yüksək lisansına qəbul olub. Sərdariniya 1350-ci ildə buradakı təhsilini başa vurub. Yazıçı radio və televiziyada işə götürüldükdən sonra Tehran Biliyurdunda Hüquqe Qəzayi oxumağa qərar verib. 1357-ci ildə məhkəmə hüququ təhsilini tamamlayıb. O, 1357-ci il İran inqilabından sonra ölkənin türk və fars dilli mətbu orqanlarında Azərbaycanın çağdaş tarixindən elmi məqalələrini dərc etdirib. “Varlıq” jurnalının nəşrə başlamasından sonra yazıçılar heyətinin əsas üzvlərindən biri kimi fəaliyyət göstərib. 2003-cü ildə professor Sərdariniya Bakı Milli Biliyurdunun fəxri doktoru adına layiq görülüb. Görkəmli ziyalı ömrünün son günlərində mədə mərizliyindən əziyyət çəkib. 1387-ci il fərvərdin ayının 22-də vəfat edən yazıçı Təbrizdə dəfn edilib. Səməd Sərdariniyan “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, “Qarabağ tarixin keçidində”, “Dağlıq Qarabağ Savaşı”, “Təbrizin Qeybi Əncüməninin, İran məşrutəsində rolu”, “Ba:qir Xan Milli Salar”, “Molla Nəsrəddin Təbrizdə”, “Azərbaycan teatrının tarixi” kimi bir çox kitabın yazarıdır. Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis nizami qüvvələrinin köməyinə arxalanaraq Türkiyə ilə Güneyli-Quzeyli Azərbaycan torpaqlarında çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabalığa çevirmələri, yüz minlərlə günahsız insanların qətliam etmələri tutarlı mənbələr əsasında göstərilir. Azərbaycanlı bu ziyalının Yolu davamlı ümidi ilə, ruhu şad olsun.

Related Articles

Bir cavab yazın

Back to top button