Dünya

Bu gün Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək

Bu gün Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Toplantıya ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin rəhbərlik edəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq də konfransa qatılacaq.

Məlumata görə, iclasda Ukraynada davam edən böhran və NATO müttəfiqlərinin təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button