İran

Agentlik: “İranda zənginləşdirilmiş uranın miqdarı icazə verilən həddən 19 dəfə çoxdur”

BMT-nin nüvə məsələləri üzrə nəzarətçisi olan Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrın 7-də yeni hesabatında İranı agentlik və İran arasında həll olunmamış məsələlərlə bağlı araşdırmalara mane olmaqda ittiham edib və bildirib ki, İran nüvə proqramını inkişaf etdirməyə davam edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İrandan nüvə fəaliyyətləri barədə məlumat vermədiyi Mərivan, Turquzabad və Vəramində tapılan uran hissəciklərinin mənşəyini izah etməyi istəyib.

Beynəlxalq Atom Enerjisi Agentliyin başçısı Rafael Qrossi İranın öhdəliklərini pozması və nüvə sazişi ilə bağlı danışıqların bərpasına zərbə vuracağı ehtimal olunan nüvə inkişafına dair yeni hesabatında bildirib ki, belə bir şəraitdə bu beynəlxalq təşkilat İranın nüvə proqramının sülhməqsədli olmasını təsdiq etməyə qadir deyil.

Agentliyin hesabatında deyilir ki, İranın uran ehtiyatları icazə verilən həddin 19 misli və 60% zənginləşdirilmiş uranın həcmi isə 4 dəfə artıb.

Məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyin Qəyyumlar Şurasının sentyabrın 12-də iclası planlaşdırılır. Şura iyun ayında keçirdiyi son iclasda İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ilə əməkdaşlıq etməməkdə günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button