Dünya

Bu gün Yunanıstanda parlament seçkiləri keçiriləcək

Bu gün Yunanıstanda parlament seçkiləri keçiriləcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə 26 partiya, 4 partiya koalisiyası və 2 müstəqil namizəd iştirak edir.

İndi seçkilər güclü proporsional sistem üzrə baş tutacaq və bunun sayəsində lider partiya parlamentdə əlavə olaraq 20-dən 50-yə qədər mandat alacaq.

Son sorğulara görə, keçmiş baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya (ND) partiyasının hazırkı seçkilərdə 35-42 faiz səs toplaya bilər.

Ölkənin hazırkı Baş naziri Kiriakos Mitsotakisin partiyasının əsas rəqibi sabiq hökumət başçısı Aleksis Tsiprasın partiyasıdır. Solçuların “Siriza” koalisiyası may seçkilərinin nəticələrini (20,07 faiz) yaxşılaşdırmağa çalışacaq.

Nikos Andrulakisin “Pasok” sosialist hərəkatı isə yeni seçkilərdən sonra ölkənin əsas müxalif qüvvəsi olacağına ümid edir.

Əvvəlki seçkidə hakim partiya qələbə qazansa da, birpartiyalı hökumət formalaşdıra bilməyib. Seçicilərin yalnız 40,7 faiz səsini qazanan mühafizəkar partiya digər siyasi qüvvələrlə koalisiyaya girməkdən imtina edib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button