İran

Buralan bölgəsinin su təchizatinda proplemlər yaranıb

Fərvərdin 11-də Böhranların İdarə Olunması Sitadı Daş Makının Buralan bölgəsi sakinlərinin su təchizatı məsələsi ilə bağlı toplantı keçirib. Burada Sürəyya bulağında yaranmış müşküllərdən söz açılıb. Qərbi Azərbaycan Ustandarının Abadlaşdırma İşlərini Yönəltmə müavini bildirib ki, Buralan sakinləri ən qısa zamanda su ilə təchiz edilməlidir. Aydın Rəhmaninin sözlərinə görə, mərzin qarşı tərəfində standartlara uyğun olmayan qurğuların tikilməsi sel sularının Buralana axmasına səbəb olub. Məsələnin həlli üçün diplomatik işlərin görülməsinin gərəkliliyi bildirilib. Sürəyya bulağının bölgə əhalisinin su ehtiyacını təmin edən önəmli qaynaq olduğu vurğulanıb. Belə ki, 20 kənd sözügedən bulaq vasitəsilə içməli suyla təchiz edilir. Rəhmani bulağın öncəki vəziyyətinə qaytarılması üçün yubanmaz tədbirlərin görülməsini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button