İran

Qoşaçayda qaçaq yolla gətirilən mallar aşkarlanıb

Qoşaçay vilayətində qaçaq yolla gətirilən mallar kəşf olunub. Belə ki, vilayətin polis məmurları tərəfindən 39 min ədəd siqaret və 153 bağlama geyim malları bəlli edilərək götürülüb. Məsələ ilə bağlı fərvərdin 12-də Qoşaçay vilayətinin polis başçısı məlumat verib. Sərhəng Fəxrəddin Rüstəmpurun sözlərinə görə, Qoşaçay-Təbriz yolunda hərəkətdə olan 2 yük və 1 Pejo 405 minik maşını saxlanılıb. Baxış zamanı maşınlardan ümumi dəyəri 630 milyon rial olan qaçaqmalçılıq malları bəlli edilib. Əməliyyat nəticəsində 2 maşın müsadirə edilib, 2 nəfər isə tutuqlanıb. Pərvəndə təşkil edilib və aidiyyatı üzrə məhkəmə orqanına təhvil verilib.

Related Articles

Bir cavab yazın

Back to top button