İran

575 iranlı fəal ölkədə koronavirusdan ölənlərin sayının kəskin artmasına görə Xameneini günahlandırıb

575 iranlı mədəni, siyasi və işçi fəalı tutuqlanmış 4 vəkil və mədəni fəala dəstək olaraq yaydıqları açıqlamada indi İranda koronavirus ucbatından yaşanan böhranlı duruma görə İran rəhbərini günahlandırıb. Onlar qeyd ediblər ki,

575 iranlı mədəni, siyasi və işçi fəalı tutuqlanmış 4 vəkil və mədəni fəala dəstək olaraq yaydıqları açıqlamada indi İranda koronavirus ucbatından yaşanan böhranlı duruma görə İran rəhbərini günahlandırıb. Onlar qeyd ediblər ki, koronavirusa yoluxanların və bu mərizlikdən ölənlərin sayının kəskin artmasına səbəb, Əli Xameneinin Amerika və İngiltərə ürətimi olan vaksinlərin ölkəyə gətirilməsinə qoyduğu qadağa və ölkənin yerli vaksin ürətmə bacarığı barədə dəqiq olmayan iddialar səsləndirməsidir. Bəyanatda vurğulanır ki, Xamneyinin təqribən 8 ay bundan öncə Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsinə qoyduğu qadağaya Sağlıq baxanı və Məclisin 200 millət vəkilinin boyun əyməsi mövcud ağır duruma gətirib çıxarıb. Amma bu yaxınlarda bu vaksinlər, yəni “Pfizer” və “AstraZeneca”a qoyulmuş bu qadağanın aradan qaldırılması Xamneinin fərmanının yanlış, siyasi və qeyri-elmi və karşinasi olmadığını sübut edir. Fəallar bildiriblər ki, Dünya Sağlıq Təşkilatı son 2-3 ayda kütləvi vaksinasiya nəticəsində əksər ölkələrdə koronavirusa yoluxan və ondan ölənlərin sayının azaldığı, habelə nisbətən adi həyatın yenidən canlandığını qeyd edir. Ancaq İranda belə bir yanlış qadağa nəticəsində bu rəqəmlər artmaqdadır və hal-hazırda ölkədə faciə yaşanır. Onlar, habelə koronavirusun ölkədə yayılmağa başlamasından bu günə qədər yanlış qərarlar və idarəetmə nəticəsində minlərlə vətəndaşın ölümünə səbəb olan İranın məsul şəxslərinin cəzalandırılmasını istəyiblər. Bununla belə, fəallar qeyd ediblər ki, İranda müstəqil məhkəmələrin olmaması belə bir tələbin baş tutmasına olan ümidi azaldır. Xatırladaq ki, iki həftə öncə iranlı mədəni fəallar Arəş Keyxosrəvi, Mustafa Nili, Məhəmmədrza Fəqihi və Məryəm Əfrafzar siyasi fəal Mehdi Mahmudianla birlikdə əmniyət gücləri tərəfindən “Əli Xamenei və İslam Cümhuriyyətinin digər məsullarından şikayət etməyə çalışmaq” ittihamı ilə tutulublar. Məryəm Əfrafzar bir neçə gün öncə girov qarşılığında müvəqqəti azadlığa buraxılıb, lakin digərləri hələ də həbsdədirlər. İranın Ana Yasasının 107-ci maddəsinə əsasən ali rəhbər də başqa vətəndaşlarla qanun qarşısında birdir. Buna görə, ondan şikayət etmək qanun pozuntusu sayılmır və buna görə vətəndaşlar həbs edilə bilməz.

Related Articles

Bir cavab yazın

Back to top button