Bölgə

Canlı yayımda mayor qardaşının ölüm xəbərini aldı

İraqda “Dijlah TV” aparıcısı yayıma başlayan zaman qardaşının ölüm xəbərini alaraq canlı yayımda ağlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, “Dijlah TV”nin aparıcısı Suqar Abbas Cəmil, proqramdan əvvəl İraq ordusunda mayor olan qardaşı Tarık Abbas Cəmilin, Bağdadın şimalındakı Balad hava bazasına edilən hücumda öldüyünü öyrəndi.
Qardaşının ölüm xəbərini alan aparıcı canlı yayımda ağlamağa başlayıb: “Bir neçə dəqiqə əvvəl qardaşımın öldüyünü dedilər. Bu üzücü görünüşüm üçün hər kəsdən üzr istəyirəm. Mediada işləyərkən öyrəndiyim şeylərdən biri də şəxsi həyatı studiyanın qapısı arxasında tərk etməli olduğumuz oldu. Bu səbəbdən proqramı davam etdirib, ölkədə baş verənlər haqqında ən son xəbərləri sizə çatdıracağam”.

Related Articles

Bir cavab yazın

Back to top button