Dünya

CAR-da BMT-nin üç sülhməramlısı öldürüldü

Mərkəzi Afrika Respublikasında (CAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı öldürülüb.

Bu barədə TASS BMT Baş katibinin rəsmi nümayəndəsi Stefani Dujarrikin məlumatına istinadla xəbər yayıb.

Daha iki nəfərin yaralandığı bildirilir.

“Baş katib bu gün şəxsiyyəti bilinməyən silahlı qiyamçıların CAR hərbi qüvvələrinə və BMT-nin ölkədəki nümayəndəliyinə, Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərindəki hücumunu kəskin qınayır”, – deyə rəsmi nümayəndə qeyd edib.

BMT-nin Baş katibi CAR rəhbərliyini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button