Dünya

Koronavirusa yoluxanların sayı 80 milyonu keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 80 milyon 209 min 560 nəfərə çatıb.

Məlumatı pandemiyanın statistikasını aparan “Worldometers” saytı yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı 1 milyon 757 min 703 nəfərdir. İndiyədək 56 milyon 473 min 802 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 655 041 nəfər infeksiyaya yoluxub, 11 564 pasiyent dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button