“Bu ölkələrdən ən birincisi İran İslam Respublikasıdır. Azərbaycan və İran arasında məsələlərə dair fərqli yanaşmalar var. İran Azərbaycana qarşı strateji planlar hazırlayıb informasiya əldə etməyə çalışır. Bu yolla ölkədə xaos yaratmaq, 5-ci kolon formalaşdırmaq niyyətindədir”.
politoloq Sədrəddin Soltan bildirib.
“İran siyasi maraqlarını Azərbaycanda həyata keçirməyə çalışır.
“Bu yolla Azərbaycanda İran rejiminin qurulmasını istəyirlər. Əldə etdikləri məlumatlarla digər ölkələr ilə məsələn Rusiya ilə informasiya mübadiləsi apara bilər. Bir ölkənin daxilini qarışdırmaq üçün İran casusu da bu istiqamətdə işlər aparır. Hətta müttəfiq olan ölkələrdə də casusluqla məşğul olurlar. Naxələf ölkələrdən biri də İrandır “.
Onun sözlərinə görə əsas casusluq fəaliyyəti Güney Azərbaycan məsələsi ilə bağlıdır. Buradakı milli hərəkatın qarşısını almaq üçün bu cür təxribatlara əl atırlar.
Politoloq həmçinin qeyd edib ki, Azərbaycanda İran rejiminin nəzarətində olan insanlar var. İran həmin şəxslər vasitəsilə Azərbaycana qarşı təxribat törətmək niyyətindədirlər. Bütün bu casus şəbəkələri İranın keçmiş nümayəndəsi Seyid Ələkbər Ocaqnejadın fəaliyyəti Azərbaycan dövlətçiliyinin parçalanmasına xidmət edir.(Ednews )