İran

Cavad Əbişvənd koronavirusdan qorunmağın yollarını açıqlayıb

Ərdəbilin Tibb Elmləri Danişqahının keçici mərizliklər üzrə mütəxəssisi Cavad Əbişvənd bildirib ki, tətbiq olunmuş iki həftəlik məhdudiyyətlər koronavirusa tutulanların sayının azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, koronavirusun yayılması insanların şəxsi sağlamlıq qaydalarına necə əməl etməsindən asılıdır. Başqa bir tərəfdənsə, virus heç bir mərizlik daşıyıcısı olmayan şəxslərə təmasla yoluxa bilər. Bu səbəbdən də ölkədə qərəntinə qaydalarının tətbiqinin bu göstəricilərin azalmasına əsaslı şəkildə təsir göstərə biləcəyi gözlənilir.
Cavad Əbişvənd qeyd edib ki, birbaşa izolasion daşıyıcı şəxsin virusu başqasına ötürə bilməməsi üçün evdə və qərəntinədə qalması deməkdir. Mərizliklər üzrə mütəxəssisin fikrincə, Ərdəbil Əyalətində mərizliyin yayılmasının kəskin artmasına başlıca səbəb də insanların epidemioloji qaydalara əməl etməməsidir. Bunun qarşısının alınması məqsədilə insanlar mask və əlcək taxmalı, alkol və ziddi-üfuni maddələrdən istifadə etməli, sosial məsafəni gözləməlidirlər.
Cavad Əbişvənd bildirib ki, Ərdəbildə bir müddət sonra evlərə baxış keçiriləcək ki, bununla da koronavirus daşıyıcısı olan şəxslər müəyyən edilərək müalicə üçün mərizxanalara yerləşdiriləcəklər.

Related Articles

Bir cavab yazın

Back to top button