İran

Tufarqanda korrupsiya ittihamı ilə tutuqlananlar var

İttilat İdarəsinin məmurları aylarla davam edən incələmədən sonra böyük bir iqtisadi fəsadı ortaya çıxarıblar. Bu barədə Azərşəhr əsl adı ilə Tufarqanın məhkəmə rəisi Yəqub Şəhbazi məlumat verib. Bildirilib ki, iqtisadi fəsadda Tufarqanın şəhrdarı və Şəhər Şurası rəisinin də əli olub. Məsələ ilə bağlı 4 nəfər tutuqlanıb. Həmin şəxslər öz əməllərini etiraf ediblər. Daha sonra məhkəmə qərarı ilə zindana köçürülüblər.
Xatırladaq ki, aylar öncə də Tufarqan şəhərinin şəhrdarsi ixtilas və maddi fəsad ittihamı ilə tutuqlanıb. Ancaq məhkəmə məsulları bu dəfəkinin yeni bir fəsad olduğunu bildiriblər. Qeyd edək ki, İran idari və maddi fəsadın ən çox olduğu olkələrdən biridir. Güney Azərbaycan şəhərlərində də bir çox dövlət məmuru fəsadla bağlı həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button