İran

Cavad Zərif: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb. Bu barədə İran Xarici İşlər Vəzirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, İran və Ermənistan Xarici İşlər Vəzirlərinin görüşündə ikitərəfli ilgilər və bölgəsəl məsələlər müzakirə edilib. “Ermənistan daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü və müstəqilliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, – deyə Məhəmməd Cavad Zərif bildirib. O, Ermənistanı İranın önəmli qonşusu kimi qiymətləndirib. Vurğulayaq ki, Məhəmməd Cavad Zərifin bu açıqlamaları İranın 40 ildir bəyan etdiyinin əksinə işğalçının, təcavüzkarın yanında yer almasını sübut edir. İran üçün İslam birliyi, insan haqları deyil, öz mənafeləri daha önəmlidir. Buna nümünə olaraq Qarabağ savaşında İranın Ermənistanın yanında yer almasını göstərə bilərik.

Related Articles

Bir cavab yazın

Back to top button