İran

Həmədanda koronavirusun dördüncü dalğası başlaya bilər

Həmədan mərizxanalarına koronavirusa yoluxma ilə bağlı müraciət edənlərin sayı artıb. İnsanlar sağlıq qaydalarına düzgün əməl etmirlər. İctimai məsafənin saxlanılmaması koronavirusun dördüncü dalğasının başlamasına səbəb ola bilər. Bu fikirləri Həmədan ustandarı Seyyid Səid Şahroxi koronavirusla mübarizə ilə bağlı keçirilən toplantıda səsləndirib. O, trafik məhdudiyyətinin qaldırılmasına diqqət çəkib. Mərizlərdən yüzdə 60-nın səfərlər zamanı virusa yoluxduğunu vurğulayıb. Toplantıda iştirak edən Həmədanın tibb elmlər Danişqahının rəisi doktor Rəşid Heydəri Muqəddəm ötən 10 gündə mərizaxanaya yerləşdirilənlərin sayının artdığını deyib. O, bəhmənin sonları və isfəndin əvvələrində epideminin dördüncü dalğasının başlaması ehtimalı ilə bağlı bildiriş edib. Qeyd edək ki, rəsmi məlumatlara görə, Həmədanda ümumilikdə 10 min 120 nəfər koronavirusa yoluxub. 1461 nəfər isə təhlükəli virusun qurbanı olub. İranın Sağlıq Vəzirliyinin məsulları gerçək amarın daha çox olduğunu etiraf etməyə məcbur olublar.

Related Articles

Bir cavab yazın

Back to top button