İran

İranda daha 91 nəfər koronavirusdan dünyasını dəyişib

Son 24 saatda İranda daha 91 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Bununla da ölkədə virus qurbanlarının sayı 57 651 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, İranda ötən bir gündə 6608 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə mərizliyə tutulanların sayı 392 314 nəfər olub. Virus daşıyıcılarından 4024 nəfərin durumu ağırdır.
Rəsmi məlumata görə, İranda indiyədək 1 183 463 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button