Azərbaycanİran

Cavid Təhman Abbas Lisani ilə bağlı narahatlığını ifadə edib

Birləşmiş Millətlər Təşkilatının İran üzrə özəl raporçusu Cavid Rəhmanın hesabatı yayınlanıb. O, hesabatında azərbaycanlı fəal Abbas Lisaninin durumu ilə bağlı narahatlığını ifadə edib. Məlumata görə, hesabat marsın 19-da Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının toplantısında təqdim ediləcək.
“Yalnız fikrini bildirdiyi üçün etnik və dini azlıqların həbsə atılması davamlı olaraq bizi narahat edir. 2020-ci ilin culayında İranın Ali Məhkəməsi Abbas Lisaniyə qarşı irəli sürülən “milli əmniyyət əleyhinə fəaliyyətə görə” 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd edib”, – deyə raporda vurğulanıb.
Sənəddə habelə qadın və uşaq hüquqlarının pozulması, erkən nikaha məcburetmə kimi maddələr yer alıb. Bütün bunlar Mədəni və Siyasi Hüquqlar Haqqında Bəyaniyyənin, eləcə də Uşaq Hüquqları Konvansionunun kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button