Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Görüş zamanı Çavuşoğlu Türkiyə və ABŞ-nın NATO çərçivəsində terrorla birgə mübarizə aparmaqlarının vacibliyindən də söhbət açıb.
Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Çavuşoğlu, F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə türkiyəli nazir həmkarı ilə birlikdə mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, tərəflər Ukraynadaki vəziyyəti, Əfqanıstan və digər məsələləri də müzakirə ediblər. (apa)