Azərbaycan

Suqovuşanda hərbi sursatlar aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın tapılması yönündə tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Vəzirliyinin Mətbuat Xidmətinin Bərdə bölgəsəl qrupundan məlumat verilib. Bildirilib ki, Tərtər Şəhristanı Polis Şöbəsi əməkdaşları Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik qumbaraatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT təhvil veriblər. Bundan əlavə, 1 ədəd PK silahı, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket məcmuəsi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi də tapılıb. Tərtər Şəhristanı Polis Şöbəsi əməkdaşları ərazidən həmçinin 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radio istgahı və qidalandırıcısı taparaq təhvil veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button