Bu barədə Pentaqonun hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Çinin nüvə qüvvələri ABŞ rəsmilərinin proqnozlaşdırdığından daha sürətlə genişlənir.
Ötən il Pentaqon Çinin sahib olduğu nüvə başlıqlarının sayının 6 il ərzində 700-ə çata biləcəyini, 2030-cu ilə qədər isə 1000-i keçəcəini açıqlamışdı.
Çinin hazırda 400-ə yaxın nüvə başlığı var. Yeni hesabatda deyilir ki, bu rəqəm 2035-ci ilə qədər 1500-ə çata bilər.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da 3750 aktiv nüvə başlığı var. (modern)