Azərbaycan

Şərqi Azərbaycanda 4 şəhərdə təhlükəli vəziyyət elan olundu

Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Hüseyn Həqayi Şərqi Azərbaycan əyalətində koronavirusun yeni dalğasının başlandığını bildirib.

O, əyalətin dörd şəhərində təhlükəli qırmızı vəziyyət elan olunduğunu deyib.

Tufarqan, Əcəbşer, Sarab və Məlikan şəhərləri yoluxma riskinə görə təhlükəli şəhərlər siyahısına salınıb.

Həqayinin sözlərinə görə, son 24 saatda xəstəxanaya yerləşdirilən xəstələrlə birlikdə hazırda əyalət xəstəxanalarında 372 koronavirus xəstəsi müalicə olunur.

66 nəfərin reanimasiya bölmələrində yerləşdirildiyini deyən rektor müavini son 24 saatda daha iki koronovirus xəstəsinin öldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button