İdman

Çində əcnəbi futbolçuların maaşlarına limit qoyuldu

Çin Super Liqasında çıxış edən əcnəbi və yerli futbolçuların əmək haqlarına limit tətbiq edilib.

Çin Futbol Assosiasiyası (CFA) xəbər verir ki, bu addım xərcləri məhdudlaşdırmaq və dayanıqlı artımı təmin etməyə yönəlmiş tədbirləri çərçivəsində atılıb.

2021 mövsümündən Çin Super Liqasında əcnəbi oyunçuların vergi çıxılmadan illik gəliri 3 milyon avrodan çox olmayacaq, yerli futbolçuların məvacibi isə maksimum 630 min avro ola bilər.

Superliqa klub əcnəbi futbolçularına ildə 75,5 milyon avrodan çox maaş ödəyə bilməz. Bura komandanın bütün legionerlərinə ödənilməli olan 10 milyon avro da daxildir.CFA yürütdüyü siyasətin səmərəli icrası məqsədilə əmək haqqı tətbiq edildikdən sonra klublardan bütün oyunçularla yeni müqavilələr bağlamalarını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button