İran

Arpa Dərəsi bölgəsində turizm düşərgəsi salınır

Təbrizin Arpa Dərəsi bölgəsində nümunəvi turizm düşərgəsi salınır. Bununla bağlı Şərqi Azərbaycanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsinin baş müdiri Əhməd Həmzəzadə açıqlama verib.
“Turizm düşərgələrinin çox istifadə olunan məkanlar kimi, turizm sahəsində özünəməxsus yeri var. Onların Azərbaycan kimi bölgədə gəlişdirilməsi zəruri bir məsələdir. Təbrizin Arpa Dərəsi bölgəsində alt-quruluşların gücləndirmə məqsədi ilə 500 mürəbbə-metr sahədə nümunəvi turizm düşərgəsi salınır”, – deyə Əhməd Həmzəzadə qeyd edib. Məlumata görə, bu projədə 5 alaçıq, 1 bufet, namazxana və sağlıq servisləri yerləşdiriləcək. Hazırda bu turizm düşərgəsinin salınması üçün əsas işlərin icrası yekunlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button