Dünyaİran

Con Kerri Cavad Zəriflə görüşü barədə konqresə açıqlama verib

Con Kerri Amerika Konqresində keçirilən dinləmələr zamanı İranın Dış İşləri baxanı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşləri açılayıb. Onun sözlərinə görə, keçmiş dövlət başçısı Donald Trampın prezidentliyi dövründə İran məqamı ilə 4 dəfə görüş keçirib. Bu müddətdə o, Məhəmməd Cavad Zərifə İsrailin nizami əməliyyatları ilə ilgili heç bir bilginin verilmədiyini açıqlayıb.
Xatırladaq ki, bundan öncə Cavad Zərif Kerrinin Barak Obamanın prezidentliyi illərində İsrailin İranın Suriyadakı mövqelərinə endirilmiş zərbələrlə bağlı məlumat verdiyini dilə gətirib. İranın Dış İşləri baxanının bu açıqlaması cümhuriyyətçi diplomatların sərt təpkisinə nədən olub. Senatorlar həmin səs yazısının araşdırılması ilə ilgili Con Kerrinin məsələyə münasibət bildirməsini istəyiblər. Bundan sonra isə Amerika Nümayəndələr Məclisinin bir qrup cümhuriyyətçi üzvləri Konqrəyə verdiyi şəhadət toplantısında Con Kerriyə suallar veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button