İran

İranda fabriklərin fəaliyyəti dayandırıla bilər

İranda hökm sürən su böhranı ilə ilgili olaraq karxanaların işində çatışmazlıq yaranıb. Bu da həmin müəssisələrin fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər. Məsələ ilə bağlı İranın Bazərqani Otağının Yaşam Çevrəsi və Su İdarəsinin Ardıcıl Tosiə Komisionun rəisi Fərşid Şükr Xudai açıqlama verib. Onun sözlərinə görə, polad, petroşimi və kaşı kimi su məsrəfi çox olan sənaye alanları ölkə üzrə düzgün paylanmayıb. O, həmin məntəqələrin dənizə yaxın və reyli olan bölgələrdə yerləşdirilməli olduğunu açıqlayıb. Qurum nümayəndəsi bildirib ki, su şəbəkəsinin düzgün paylanılmaması karxanaların işində ciddi müşküllərə nədən olub. Sənaye alanlarının qurulmasının iqlim, su və fərhəngə uyğun şəkildə formalaşdırılmalı olduğunu deyən Fərşid Şükr Xudai durumun gərginləşəcəyi halda müəssisələrin tətil olacağını istisna etmir.

Related Articles

Bir cavab yazın

Back to top button