İran

Culfalı uşaq adının türkcə olduğuna görə 3 ildir sənədsiz qalıb

İran Səbt Əhval İdarəsi culfalı “Huntay”a adının türkcə olduğuna görə sənəd verməkdən imtina edir.

İran Qeydiyyat İdarəsi doğu Azərbaycan əyalətinin Culfa şəhərindən olan “Huntay”a adının türkcə olduğu üçün sənəd verməkdən imtina edir.

3 yaşlı Huntayın anası özünün “instaqram” hesabında etdiyi paylaşımda övladına seçdiyi adda sənəd almaq üçün mübarizəsini davam etdirəcəyini yazıb.

“Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələdə ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”-deyə, Huntayın anası özünün ictimai şəbəkə hesabında paylaşım edib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar müşküllər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button