Azərbaycan

Ermənistan – Azərbaycan gərginliyi artır

AVRUPA BİRLİYİ ERMƏNİSTAN – AZƏRBAYCAN GƏRGİNLİYİNİN ARTMASINDAN NARAHATDIR

Avropa Birliyi Cənubi Qafqazda özəl nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini açıqlayıb.

Avropa Birliyi məqamı bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb.

O, ötən həftə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahat olduğunu bildirib.

“Gərginliyi azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma uğrunda işə başlamaq gərəkdir”, – Klaar tuiterdəki səhifəsində yazıb.

Daha öncə Azərbaycanın Difa Vəzirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Laçın bölgəsi sahəsində vəziyyəti gərginləşdirmək üçün yeni təxribata cəhd göstərib.

Qed edək ki, Qarabağ savaşının 1-ci ildönümü günlərində bu təxribat törədən erməni quldurları Azərbsycsn ordusu tərəfindən yetərli cavab alaraq geri çəkilmək zorunda qalıblar. Onların Qurugöl ətrafında  bir neçə nizami maşınları ilə yaratdıqları postlar Azərbaycan ordusunun ixtiyarına keçib. Habelə 6 nəfər ermənistan silahlıları Azərbaycan ordusunun mühasirəsinə düşüb və Rusiya barışcıllarının xahişi ilə azad ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button