İran

Dəhdər kəndində ağaclar kütləvi şəkildə quruyur

Taliqan mahalının Dehdər kəndində ağaclar kütləvi şəkildə quruyaraq məhv olur. Kənd sakinləri quraqlığa görə çox sayda ərik, alma ağacının məhv olduğunu bildirirlər. Onlar məsulların məsləyə laqeyd yanaşmasından şikayətlənirlər. Kəndlilər yol tikintisi zamanı yaşam çevrəsinə ciddi ziyan vurulmasına da diqqət çəkiblər. Məsələyə Taliqan Yol ilə Şəhərsalma İdarəsinin başqanı Əsgəri münasibət bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə peymənkarlar tərəfindən həyata keçirilən tikinti əməliyyatları araşdırılacaq. O, kənd yolunun asfatlanmasına və standartlara uyğunlaşdırılmasına diqqət yetiriləcəyini söyləyib. Peymankarlar ilə məsulları işlərin icrasına nəzarət etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button