İran

Milli fəal Ruzbeh Pirinin məhkəməsi keçirilib

Təbrizin İkinci Keyfəri Məhkəməsinin 103-cü şöbəsində Güney azərbaycanlı fəal Ruzbeh Pirinin məhkəməsi keçirilib. Ordibehiştin 22-də keçirilən məhkəmədə “Sepah”ın İttilaat İdarəsinin iki hüquqi nümayəndəsi də iştirak edib. Bildirək ki, milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin tutuqlanması və basqılara uğraması ilə bağlı inistaqram səhifəsində bilgilər yayıb. Buna görə də fərvərdinin 14-də Təbriz şəhərinin Ümumi və İnqilab Dadsitanlığının 16-cı şöbəsinə çağırılıb. Fəal “dövlətə qarşı təbliğ” və “yalan bilgilər yaymaq” iddiaları ilə təqsirləndirilib. Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti azad olunub. Xatırladaq ki, fəalın qardaşı Yaşar Piri keçən il isfəndin 3-də şəxsipaltarlı məmurlar tərəfindən tutuqlanıb. Fəala baazdaştqahda işgəncə verilib və döyülüb. Mədəni fəal sağlıq durumu ağır olduğu üçün 3 gün baazdaştqahda saxlanıldıqdan sonra 50 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. O, Təbrizin İmam Rza mərizxanasına aparılıb. Fəalın qardaşı Ruzbeh Piri bu barədə ictimai şəbəkədə bir neçə məlumat paylaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button