İran

Dağlara yürüş qadağan edildi

Savalan, Ələm Kuh və Dəmavənd dağlarına yürüşlər qadağan edilib. Bu barədə şəhrivərin 5-də İranın Dağçılıq Federasionundan bildirilib. Məlumata əsasən, buna səbəb koronavirusun yayılmasına görə, qarşıdakı günlərdə tətillərin keçirilməsidir. Federasyonun bildirişində deyilir ki, dağlıqlarda sığınacaq və məskunlaşma yerləri bağlanılıb. Belə ki, zirvələrə girişlər polis qüvvələri tərəfindən kontrol ediləcək. Eləcə də əraziyə girişlərin qarşısı alınacaq.
Xatırladaq ki, təxminən 3 min nəfərin Tehran Ustanında Dəmavənd zirvəsinə qalxdıqları barədə məlumatlar paylaşılıb. Həmin şəxslər Dağçılıq Federasionunun qadağası ərəfəsində bu zirvəyə yürüş ediblər. Baş vermiş olaydan 1 həftə sonra isə zirvələrə giriş qadağası ilə ilgili bildiriş hazırlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button