İran

Rəsmi: “Türkmənistanla qaz ticarəti hələ də gündəmdədir”

“İndi qaz şəbəkəmizi Türkmənistan qazı ilə tarazlaşdırmağa ehtiyac yoxdur. Bizi maraqlandıran əsas məsələ Türkmənistanla və qonşu ölkələrlə qaz ticarətidir”. Bu sözləri İranın Nəft Vəzirinin Qaz Məsələləri üzrə müavini Həsən Müntəzir Türbəti deyib. “ Bu gün qaz şəbəkəsinə, nəqlinə və sabitliyinə təsir göstərən böyük projələrin icrasına başlanılması sevindirici haldır. Biz Türkmənistanla qaz ticarəti alanında ilgiləri alqışlayırıq. Türkmənistana dəfələrlə bildirmişik ki, İranın qaz almaqla bağlı heç bir çətinliyi yoxdur. Bununla bağlı onlarla görüşlərimiz olub və bu danışıqlar davam etdirilir”,-deyə o, bildirib.
“Ümid edirik ki, Türkmənistan öncəki ticarət qaydasında ölkəmizə qaz varidatını davam etdirəcək. İranın gələcək planının hədəflərinin bir qisməti dünya qaz ticarətinin yüzdə 10 payını əldə etməkdir”,- deyə Müntəzir bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button