İranPolitics

Danimarka İran, Çin və Rusiyanın bu ölkəyə qarşı artan casusluq təhdidləri ilə bağlı xəbərdarlıq edib

"Aznews tv" xəbər verir ki, sözügedən orqan son illər Danimarkaya qarşı casusluq fəaliyyətlərinə cəhdlə bağlı çoxlu sayda nümunələr əldə edib.

Danimarkanın təhlükəsizlik orqanı İran, Çin, Rusiya və digər dövlətlərin bu ölkədə, eləcə də Arktika bölgəsində casusluq təhdidlərinin artması ilə bağlı xəbərdarlıq edib.

“Aznews tv”xəbər verir ki, sözügedən orqan son illər Danimarkaya qarşı casusluq fəaliyyətlərinə cəhdlə bağlı çoxlu sayda nümunələr əldə edib.

“Son illər xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən Danimarka, Qrenlandiya və Farer adalarında kəşfiyyat fəaliyyətləri artıb”, – deyə Danimarkanın əmniyət və kəşfiyyat orqanının əks-kəşfiyyat  şöbəsinin rəisi Anders Henriksen deyib.

Qeyd edək ki, Arktika regionu son illər təbii ehtiyatlar və dəniz yolları baxımından dünya ölkələrinin maraq mərkəzinə düşüb. İran hökuməti təkcə geosiyasi məsələlərlə bağlı deyil, həm də terror-təxribat əməlləri törətmək üçün dünyanın bir çox ölkələrində casus şəbəkələri qurmağa cəhd göstərir. Son illər bu cür fəaliyyətlərlə bağlı İranın bir çox ölkələrdə çox sayda agentləri və diplomatları həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button