az

İranda cütlüklər arasında evlilik olmadan birgə yaşayış halları artmaqdadır

İranda aparılan sorğu ölkənin qadın və kişiləri arasında rəsmi evlilik olmadan birgə yaşayıış hallarının artmaqda olduğuunu göstərir.

İranda aparılan sorğu ölkənin qadın və kişiləri arasında rəsmi evlilik olmadan birgə yaşayıış hallarının artmaqda olduğuunu göstərir.

“Aznews tv”xəbər verir ki, “İran Açıq Məlumat Bazası”nın keçirdiyi sorğuda rəyi soruşulanların yarıdan çoxu ya özləri bu şəkildə qarşı cinslə münasibətlərinin olduğunu, ya da tanıdıqları insanların bu təcrübəsindən məlumatları olduğunu deyiblər.

14 noyabr – 13 dekabr 2021-ci il tarixləri arasında onlayn keçirilən sorğuya ümumilikdə 3971 nəfər qatılıb. İştirakçıların 23 faizini qadınlar, 75 faizini kişilər, 2 faizini isə cinsi azlıqlar təşkil edib. Onların 96%-i şəhər, 4%-i isə kənd əhalisi olub.

Sorğuda iştirak edən hər 10 nəfərdən 9-u, yəni 89 faizi bu cür birgə yaşayış növü barəsində xəbərləri olduqlarını bildirib. Onların da əksəriyyətini qadınlar təşkil edib. Bu cür evlilik formasıdan xəbəri olanların əksəriyyətinin yaşı 20-40 arasında dəyişir.

İştirakçıların 22 faizi şəxsən qarşı cinslə rəsmi evlilik olmadan yaşadığını deyib. Onlardan 1/3-i isə bildirib ki, tanıdıqları insanlar içərisində bu şəkildə yaşamış cütlüklər var.

Bu məlumat göstərir ki, İranda insanların yaşayış tərzi getdikcə sekulyar dəyərlərə daha da yaxınlaşmağa başlayır. İslam Cumhuriyyətinin propaqandasının əksinə olaraq, insanlar İran hakimiyyətinin dindən uzaq davranışlarını görərək bu rejim qurulandan sonra din və onun dəyərlərindən uzaqlaşmağa başlayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button