İran

Dilməqanda tarixi əsərlərin sərgilənməsi nəzərdə tutulub

“2700 il əvvələ aid 5 tarixi əsər Dilməqan Vilayətinin Fərhəngi Miras İdarəsinə bağışlanılıb”. Məsələ ilə bağlı dey ayının 2-də Qərbi Azərbaycanın Dilməqan Vilayətinin Fərhəngi Miras, Əl Sənayesi və Turizm İdarəsinin rəisi Əfrasiyab Gərvand məlumat verib. O, Dilməqan vilayətində tarixi əsər muzəsinin olmamasına diqqət çəkib. Qeyd edib ki, həmin əsərlər xalqşünaslıq muzəsinin açılışından sonra sərgilənəcək. Dilməqanın Şeyx Hamamının xalqşünaslıq muzəsinə çevrilməsi nəzərdə tutulub. Bundan sonra sakinlər bastani və xalqşünaslıq əşyalarını vilayətin Fərhəngi Miras İdarəsinə təhvil verə biləcəklər. Tarixi əşyalar onların və ailələrinin adlarının saxlanılması şərti ilə nümayiş etdiriləcək. Gərvandın sözlərinə görə, Səfəvilər dövrünə aid Həftvan Kilsəsindəki 20 daş əşyanın da nümayiş etdirilməsi nəzərdə tutulub. Bu məqəsədlə kilsədə daş əşya sərgisi açılacaq. Vurğulayaq ki, Qərbi Azərbaycanın Dilməqan vilayətinin tarixi tikililəri 1309-cu ildə baş verən zəlzələdə dağıntılara məruz qalıb. Vilayətin tarixi əsərləri Urmu və Xoy vilayətlərinə görə azdır.

Related Articles

Bir cavab yazın

Back to top button