Bölgə

Ermənistanda etirazçılar Hökumət binasını mühasirəyə aldılar

Ermənistanda etiraz aksiyaları davam edir.

Bu dəqiqələrdə Respublika meydanına toplaşan etirazçı kütlə Hökumət binasını mühasirəyə alıb.

“Daşnaksütyun” partiyası Ali Şurasının sədri İşğan Sağatelyanın çağırışından sonra nümayişçilər binanı əhatəyə alıblar. Əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub. Binanın ətrafında polislər tərəfindən 6-7 müdafiə xətti qurulub.

Sağatelyan təklif edib ki, meydana toplaşanların bir qismi binanın qarşısından çəkilməsin. O, bundan sonra qruplarla hökumət binasını bloklayacaqlarını bəyan edib: “Çünki bu hökumətin fəaliyyəti dövlət əleyhinədir, anti-erməni, anti-milli hökumətdir”.

Partiya fəalı, həmçinin aksiya iştirakçılarını diqqətli olmağa, təxribatlara uymamağa, binaya girməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button