azDünyaİran

Dominik Raab: “Amerika ilə “Avropa üçlüyü” İran və Yəməni müzakirə ediblər”

Amerika ilə “Avropa üçlüyü” İran və Yəməni müzakirə ediblər. Belə ki, Böyük Britaniyanın Xarici İşlər vəziri Dominik Raab fərvərdinin 3-də açıqlama verərək, Amerika ilə Alman, Fransa və Böyük Britaniyanın Xarici İşlər vəzirlərinin danışıqlara qoşulduqlarını bildirib.
“Böyük Britaniya, Amerika, Fransa və Alman Yəməndə barışın təminatından tutmuş, İranın atom gücünə çevrilməsinin qarsısının alınması ilə bağlı bir çox məsələlər ətrafında fikir mübadilə aparıblar”, – deyə Dominik Raab tuiterdə yazıb.
Məsələ barədə Amerikanın Xarici İşlər vəziri Antoni Bilinken də tuiterdə paylaşım edib. O, Fransa, Alman və Böyük Britaniya Xarici İşlər vəzirlərinin İran, Rusiya, Çin və sair önəmli məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button