İran

Təbriz və Ərdəbil zindanlarında iki məhbus edam edilib

Ötən günlərdə Təbriz və Ərdəbil zindanlarında iki məhbusun edam hökmü icra edilib. Məsələ ilə bağlı marsın 23-də hüquq müdafiəçiləri bilgi yayıblar. İran İnsan Haqları Təşkilatının məlumatına görə, onlardan biri qətl ittihamı ilə təqsirləndirilən Hüseyn Əkçin adlı şəxsdir. 35 yaşlı məhbus Ərdəbil zindanında asılaraq edam edilib. Onun Meşginşəhr zindanında saxlanıldığı və bir müddət öncə edam hökmünün icrası üçün Ərdəbil zindanına köçürüldüyü bəlli olub. Təbriz zindanında isə Asif Tağınejad adlı məhbusun edam cəzası icra olunub. Əslən Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərindən olan Tağınejad 28 ay öncə qətl ittihamı ilə mühakimə edilib. Hüquq müdafiəçilərinin daha öncə yaydıqları rapora əsasən, 2019-cu ildə İranda edam edilən 280 məhkumdan 225-i qətl ittihamı ilə təqsirləndirilib.
Bildirək ki, İranda icra olunan edamların bir çoxu haqqında bilgi verilmir. İnsan haqları təşkilatları rəsmi şəkildə açıqlanmayan edamları “gizli edam“ adlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button