İqtisadiyyatİran

Təbrizdə sərnişindaşımanın həcmi artıb

Təbrizdə müsafirdaşımanın həcmi artıb. Belə ki, Təbrizin Mərkəzi Daşıma terminalında müsafir sayında yüzdə 60 artım olduğu bildirilib. Təbriz Bələdiyyəsinin Müsafir Daşıma Payanələri Sazmanının amil müdiri Hüseyn Adili Sədabad məsələ ilə ilgili məlumat verib. Açıqlamaya görə, fərvərdinin ilk 3 günündə müsafirdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. Hüseyn Adili Sədabad bildirib ki, 1398-ci il isfəndin sonundan 1399-cu il fərvərdin ayının ilk günlərinədək bu payanəyə müsafirlərin hərəkət sıxlığı zəifləyib. Buna səbəb həmin dövrdə koronavirusa yoluxma və ölüm hallarının sayının kəskin artmasıdır. Hazırda isə Bahar bayramı ilə ilgili gediş-gəlişlərdə artım var. Bu şəraitdə virusun yayılma şiddətinin sürtələnməməsi üçün otobüslərdə müsafirlər yoxlanışdan keçirilir və məhdud sayda şəxslərin hərəkətinə icazə verilir.
Qeyd edək ki, rəsmi amara əsasən, 1.9 milyon əhalisi olan Təbriz şəhərinin 2 Mərkəzi Müsafir Daşıma Payanəsi var. Bunlar Azərbaycan və Kəsai adına otobanda yerləşən terminaldır.

Related Articles

Bir cavab yazın

Back to top button