Azərbaycanİran

“Urmu gölünün bərpası üçün heç bir iş görülməyib”-Millət vəkili

Urmu Gölü Bərpası Qərargahının həyata keçirdiyi layihələrin heç birinin gölün bərpası üçün müsbət təsiri olmayıb. Bu sözləri Soyuqbulaq (Mahabad) şəhərinin İran parlamentindəki nümayəndəsi və Urmu Gölü Bərpası Qərargahının Araşdırma və Təhqiqat Komitəsinin sədr müavini Calal Mahmudzadə deyib.

“Bu günə kimi Urmu gölünün bərpası ilə məşğul olan bir sıra qurum və nazirliklər, o cümlədən Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ətraf Mühiti Təşkilatı Urmu gölünü bərpa etmək bəhanəsi ilə icra layihələrini bağlayıb.

Onlar daha çox maliyyə ayrılan layihələrin həyata keçirilməsinin arxasınca gediblər”- deyə, millət vəkili bildirib.

Qeyd edək ki, bir müddər əvvəl Calal Mahmudzadə Urmu gölünün bərpası üçün ayrılan büdcənin prezident seçkiləri zamanı İbrahim Rəisinin təbliğat kampaniyalarına xərcləndiyini deyib:

“İbrahim Rəisi hakimiyyətinin Urmu gölünün bərpası ilə bağlı təbliğatlarına baxmayaraq, hazırda gölün təxminən 90%-i quruyub”.

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button