Azərbaycan

Dövlət sınırı boyu mövqelərimiz atəşə tutulub, cavab atəşi açılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri juiyyənin 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər şəhristanının Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və juiyyənin 17-si saat 01.00 radələrində Berd şəhristanının Mosesqex kəndi yönündən Azərbaycan Ordusunun Kəlbəcər şəhristanının İstisu kəndi və Tovuz şəhristanının Ağdam kəndi ərazilərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Juiyyənin 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi şəhristanının Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar cümhuriyyətinin Sədərək şəhristanı yönündə yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusu arasında itki yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button