İran

Şiri qardaşlarının mürəxəsiyə buraxılma ərizələrinə baxılmayıb

Təbrizin Mərkəzi Zindanında saxlanılan tanınmış azərbaycanlı milli fəallar Davud və Əyyub Şiri qardaşları bir neçə gündür ki, yazılı ərizə ilə mürəxəsiyə buraxılmalarını tələb ediblər. Amma yrsiz səbəblərlə habelə onların cürmünun siyasi olduğuna görə zindanın nəzarətçi qa:zisi onların istəyinə mənfi cavab verib.

Şiri qardaşları Təbrizin Mərkəzi Zindanın 12-ci məhkumlar bəndində saxlanılır.

Ötən günlərdə, Bazporsi İdarəsinin 16-cı Şöbəsi milli hərəkatın bu iki adlım fəalına qarşı, “qanunsuz olan GAMAC qrupunu yaratma” Güney Azərbaycanın müstəqil siyasi teyfi ittihamı ilə yeni pərvəndə açıb.

Xatırladaq ki, Şiri qardaşları ölkədə 98-ci ilin Aban etirazlarında ayrı azərbaycanlı milli fəallarla, o cümlədən Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Şahin Bərzigər Cəlali, Nasir Xülusi, Babək Hüseyni- müqəddəm və Məhəmməd Əbdülməhəmmədzadə ilə bir vaxtda tutuqlanıblar və təxminən 1 ay sonra 600 milyon tümənlik vəsiqə ilə 98-ci ilin İsfənd ayının 7-i tarixində müvəqqəti azad olublar.

Related Articles

Bir cavab yazın

Back to top button