DünyaSağlıq & Yaşam

Dünya əhalisinə xəbərdarlıq edildi: “Hazırlaşın, daha ölümcül olacaq, “COVID-22”… ”

Bütün dünyanı qiynağına alan koronavirus yoluxması ilə bağlı daha bir qorxunc açıqlama gəlib.

Ingilis professoru Sai Reddi “COVID-22” adlandırdığı yeni variantın dünyada dominant olan Delta növündən daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib.

Güclü bir Kovid növünün yayılmasının qaçılmaz olduğunu iddia edən Reddi dünya əhalisini yeni təhlükəyə hazırlıqlı olmağa çağırıb:

“Yeni növə qarşı hazırlaşmalıyıq. Belə bir növ üzə çıxsa, onu olduqca erkən bəlli etməliyik eləcə də vaksin düzəldənlərin vaksini tez bir vaxtda yeni növə uyğunlaşdırmasını təmin etməliyik”.

İngilistan hökumətinə məsləhət verən uzmanlar son çağlarda Alfa, Beta, Delta və Qamma kimi dövriyyədə olan daha çox yoluxucu habelə ölümcül növlərin birləşməsindən “supernöv”ün ortaya çıxa biləcəyi barədə xəbərdarlıq ediblər. İngilistanın Fövqəladə Hallar üzrə Elmi Məsləhətləşmə Qrupunun (SAGE) açıqlamasında yeni koronavirusun ölüm nisbətinin yüzdə 35 olduğu, MERS qədər ölümcül ola biləcəyi barədə məlumatlar var. O qurumda işləyən alimlərin hazırladığı açıqlamada sözügedən sıçrayışlı kovidin vaksənlərlə dərmanlara qarşı daha davamlı ola biləcəyi də vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button